Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Bərdə rayon S.Xudaverdiyev adına Kürborakı kənd tam orta məktəbin kimya müəllimi Elşən Məmmədovun “Kimyadan labaratoriya işlərinin və kimyəvi təcrübələrin animasyon filmləri” layihəsinin yekun hesabat tədbiri keçirilib.
“Rubin.az” xəbər verir ki, Bərdə rayon təhsil şöbəsinin akt zalında baş tutan tədbirdə RTŞ-nin əməkdaşları, məktəb direktorları və gənc müəllimlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan RTŞ-nin kimya-biologiya metodisti Zövqiyyə Əsədova öz çıxışında bildirib ki, artıq üçüncü ildir ki, Təhsil Nazirliyi tərəfindən bu müsabiqə həyata keçirilir. Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə IIIqrant müsabiqəsi çərçivəsində qalib olan 53 ümumi təhsil müəssisəsi və 115 fərdi kateqoriya üzrə seçilən layihələr ölkəmizin 50-ə yaxın rayon və şəhərində icra olunmaqdadır. Bərdə rayonu üzrə 4 nəfər qalib olub, layihəsini icra etdirir.
Daha sonra layihə rəhbəri Məmmədov Elşən çıxış edərək layihə çərçivəsində görülən işlər barədə hesabat verib. O, bildirib ki, təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Kimyadan labaratoriya işlərinin və kimyəvi təcrübələrin animasyon filmləri”layihəsində hazırladığımız animasiyalar kimya müəllimləri üçün bir resurs olacağını qeyd edib. Tək Bərdə müəllimləri deyil, digər region və paytaxt müəllimləri istifadə edə biləcək. Bu filmlər həmçinin şagirdlər üçün motiviasiya olacağını qeyd edib.
Sonra animasiya filmləri izlənib,disk şəklində müəllimlərə paylanılıb.
Sonda xatirə fotosu çəkilib..