Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
  • Digər

Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

rubinroot Noyabr 16, 2019
e5fee795-2107-4527-8941-a05e97250f6e_640

 

Noyabrın 16-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirilib.

Bu barədə  Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən əməliyyat təliminin nəticələrini təhlil edərək Müdafiə naziri qarşıya qoyulan tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyini bildirib, komandir heyətinin qoşunları idarə etmək bacarığını, ümumilikdə hərbi qulluqçuların peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib.

Müdafiə naziri təlimin əhəmiyyətini qeyd edərək, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb, döyüş hazırlığının daha da artırılması məqsədilə müxtəlif səviyyələrdə təlim və məşqlərin sayının və effektivliyinin artırılmasını əmr edib.

General-polkovnik Z.Həsənov ön xətdə yerləşən bölmələrin döyüş hazırlığı, müdafiə sisteminin hərtərəfli təminatı, döyüş növbətçiliyinin və qoşunların döyüş qabiliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar müvafiq göstəriş verib.

Müşavirədə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi işinin real faktlardan istifadə edərək qəhrəmanlıq nümunələrinə əsaslanmaqla həyata keçirilməsinin, hərbi qulluqçuların Vətənə, dövlətə və Ali Baş Komandana misilsiz sədaqət ruhunda tərbiyə olunmasının vacibliyi qeyd olunub.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Prezident ehtiyat fondundan 6 milyon ayırdı – Yenilənib
Next: İsmayıllıda keçirilən iməcilikdə 1000 ədəd ağac əkilib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.