Gənclərin Mina ilə bağlı təhlükəsizliyin maarifləndirilməsi” layihəsinə start verildi.
Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək layihə çərçivəsində Tərtər rayonunda məskunlaşmış qaçqın və məcburi köçkün ailələrindən olan gənclərə mina təhlükəsizliyi təlimləri keçirləcəkdir. Rubin.az xəbər verir ki,Layihə çərçivəsində Tərtər rayon Peşə Təlim Mərkəzində 4 təlim keçiriləcək, hər təlimdə 20 nəfər iştirakçı olmaqla birbaşa 80 nəfər, gəncdən-gəncə təhsil vasitəsilə dolayısıyla 400 gənc və yeniyetmə maariflənəcəkdir. Layihənin sonunda təlimləri uğurla başa vuran gənclərə sertifikat təqdim olunacaq.
Müharibə şəraitində olan ölkədə yaşayan hər bir gənc mina təhlükəsi ilə üzləşə bilər. Xüsusən cəbhəyanı rayon və kəndələrdə mina və partlamamış silahların qalıqlarının hələ də qalması hər gün həmin ərazidə yaşayan əhali və gənclər üçün real təhlükədir. Xoşagəlməz hadisələrin baş verməməsi və ya baş verən zaman necə davranma qaydaları ANAMA – nın təcrübəli təlimçisi tərəfindən tədris ediləcək. Eyni zamanda, yeniyetmə və gənclərə mina təhlükəsizliyi və xəbərdarlığının öz həmyaşıdları arasında təlimlərlə necə təşviq olunması metodikası öyrədiləcəkdir.
Qeyd edək ki, sözü gedən layihə UNİCEF və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə layihəsi olan “Azərbaycan Gənclərinə Dəstək Proqramı”nın (AYAP) məzunları tərəfindən həyata keçirilir.
Layihədə iştirakçı sayı məhduddur. İştirak etmək üçün 22 yanvar 2019-cu il tarixinə qədər elmin.elmin.xelilov@mail.ru elektron poçt ünvanına Cv-nizi göndərin.
əlaqə(051-305-71-70)