Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Dünya həsrət qalsın zülmə, savaşa – Leyla Əliyeva Azərbaycana şeir yazdı
  • Ədəbiyyat
  • Manşet

Dünya həsrət qalsın zülmə, savaşa – Leyla Əliyeva Azərbaycana şeir yazdı

rubinroot May 22, 2019
2
modern.az_leyla_aliyeva_seir_888

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azərbaycan” adlı şeirini İnstaqram səhifəsində paylaşıb. “Rubin.az” Lent.az-a istinadən  həmin şeiri təqdim edir.

Xəzər dalğa-dalğa könlümü çalar,

Külək qucaqlayar çiyinlərimi.

Gözəl Azərbaycan — bənzərsiz diyar,

Baxdım, söz tapmadım, susdum lal kimi.

Təbəssüm saçılan hər üzdə nur var,

Quşların səsiylə açır dan yeri.

Gözəl Azərbaycan – müqəddəs diyar,

Ulduzlar bağrında xal gecələrin.

Sərvətdən yaradıb Allah bu yeri,

Zirvələr, vulkanlar, meşələr, göllər.

Gözəl Azərbaycan – Tanrının sirri,

Sənə xeyir-dua göylərdən gələr.

Bir ocaq başında qızınır hamı,

İnsana məhəbbət Allah əmridir.

Haqqı, mərhəməti, dini, inamı,

İnsanlar qol-qola sabaha gedir.

Göylərdən endilər sanki sübh çağı,

Xeyir işlər üçün insanlar yerə.

Gözəl Azərbaycan — pirlər ocağı,

Sınmadıq, yenmədik əsən yellərə.

Bu Odlar Yurdunu sən qoru, Allah,

Bu, sevgi, mərhəmət, sülh diyarıdır.

Mələklər görünür hər axşam-sabah,

Üzümüz, yolumuz sənə sarıdır.

Heç kəsə yamanlıq istəmirəm mən,

Dünya həsrət qalsın zülmə, savaşa.

Gözəl Azərbaycan — sevimli Vətən,

Sənə baş əyirəm! Əbədi yaşa!!!

Tərcümə: Baba Vəziroğlu

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Azərbaycanın sabiq nazirləri bir arada – “Range Rover”də 4 nəfər… – ÖZƏL FOTOLAR
Next: Prezident İlham Əliyev Çinin XİN rəhbərini qəbul etdi

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.