Çərşənbə axşamı, 24 Noyabr 2026 16:40:11 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
24 Noyabr 2026
SON XƏBƏRLƏR
Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00
Gündəm

“Bu, Prezidentin apardığı siyasətə ziddir” – Deputatlar narazılıq etdi

17.05.2019 22:56 · 504 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklik deputatların narazılığına səbəb olub.

“Rubin.az” Qafqazinfo-ya istinadən  xəbər verir ki, belə ki, qanuna əlavə edilməsi təklif olunan 32.1 maddəsinə əsasən, akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 7 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 15 000 manat, ali təhsil müəssisələri 20000 manat, əlavə təhsil müəssisələri 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 15 000 manat dövlət rüsumu ödəyəcək.

Deputat Qüdrət Həsənquliyev təklif edib ki, məktəbəqədər təhsil müəssisələri lisenziya verilməsinə görə 3000 manat rüsum ödəməsi yaxşı hal deyil: Azərbaycanda bu sahənin inkişafına ehtiyac var, ona görə də bu rüsum olmamalıdır”.

Deputat Əflatun Amaşov da rüsumlardan narazılıq edib: “Bir sahibkar istəyir ki, təhsil müəssisəsi açsın, axı o rüsum ödəməməlidir. Çünki özəl müəssisə açmır. Rəqəmlər 3000-15000 manata arasında dəyişir. Onların müəyyənləşdirilməsində hansı parametrlər əsas götürülür, məlum deyil. Heç olmasa, bu rəqəmlərə yenidən baxmalıyıq”.

Deputat Asim Mollazadə də rüsumlara etiraz edib və həmkarlarını bu qanunun əleyhinə səs çağırmağa səsləyib: “Bu, cənab Prezidentin apardığı siyasətə ziddir”.

Deputat Musa Quliyev də qanun layihəsinin geri göndərilməsini təklif edib: “Bu rüsum hansısa sahibkardan deyil, uşaqdan alınacaq. Layihəni hazırlayanlar niyə cənab prezidentin siyasətinə zidd gedirlər? Bu vətəndaşın miqyasında götürəndə böyük bir vəsaitdir. Bu maddəni layihədən çıxarın və geri göndərin”.

Millət vəkili Qənirə Paşayeva bu rüsumun sahibkarladan çox vətəndaşın cibindən çıxarılacağını qeyd edib: “Kənd yerlərində, rayonlarda bağçalar çatışmır: “Ondan bundan xahiş edirik ki, bağçaların təmirinə kömək edin. Belə rüsumlarla kim gedib bölgələrdə bağça açacaq və bu rentabelli olacaq?!”

***

Parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deputatların fikirlərinə münasibət bildirib. O qeyd edib ki, təhsil müəssisələri akkreditisayadan beş ildən bir keçir: “Bu fikrə həmkarlarımın münasibəti yaxşıdır. Onları narahat edən rüsumlardır. Mən də bildirirəm ki, ikinci oxunuşa qədər Təhsil Nazirliyi ilə məsələni yenidən müzakirə edəcəyik”.

↑