Çərşənbə axşamı, 24 Noyabr 2026 16:40:11 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
24 Noyabr 2026
SON XƏBƏRLƏR
Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00
Siyasət

Bakıda Avropa Regional Sosial Təminat Forumu başa çatıb

17.05.2019 00:30 · 485 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Bakı şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumubaşa çatıb. Üç gün davam edən Forumda BSTA-dan, digər beynəlxalq qurumlardan və 35 ölkədən 140-dan çox nümayəndə iştirak edib.
“Rubin.az” xəbər verir ki,Forumun bağlanış mərasimində BSTA-nın Baş katibi Marselo Abi-Ramia Kaetano başa çatan bu mühüm beynəlxalq tədbirin Avropa regionu ölkələrinin sosial təminat sahəsində aktual problemlərinin və onların innovativ həllərlə aradan qaldırılması yollarının müzakirəsi üçün unikal bir platforma rolu oynadığını vurğulayıb. O, gündəliyi mühüm mövzulardan ibarət olan Forumun iştirakçıların gələcək fəaliyyətində müsbət nəticələrini verəcəyinə əmin olduğunu qeyd edib.
M.A.R.Kaetano Azərbaycanın Avropa Regional Sosial Təminat Forumuna yüksək səviyyədə ev sahibliyi etməsindən məmnunluğunu və buna görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov qeyd edib ki, ötən dövrdə möhtəşəm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmiş Azərbaycanda Avropa Regional Sosial Təminat Forumunun da layiqli şəkildə keçirilməsi üçün bütün işlər aparılıb. Nazir müavini Forumun ölkəmizdə keçirilməsi qərarına görə BSTA-ya təşəkkürünü ifadə edib. A.Kərimov Forumun region ölkələrinin sosial təminat üzrə qurumları arasında müvafiq sahədə fəal əməkdaşlığa, sosial təminat sistemlərində əldə olunmuş qabaqcıl təcrübələrin təqdim edilməsi vəmübadiləsinə imkan verdiyini də diqqətə çatdırıb.
Qeyd edək ki, BSTA-nın növbəti Avropa Regional Sosial Təminat Forumunun Bakı şəhərində keçirilməsi qərarı ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlara beynəlxalq səviyyədə verilən yüksək qiymətin növbəti göstəricisidir. Bu tədbir zamanı region üçün aktual sosial məsələlər müzakirə edilməklə yanaşı, sosial dövlət olan Azərbaycanda dinamik iqtisadi inkişaf şəraitində güclü sosial siyasətin formalaşdığı, əhalinin rifah halının yaxşılaşdırılması, həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində atılan mühüm addımlar nümayəndə heyətlərinin diqqətinə çatdırılıb. Sosial ədalət, şəffaflıq, əlçatanlıq, vətəndaş məmnunluğu prinsiplərinə, innovasiyalara əsaslanan müasir və dayanıqlı milli sosial müdafiə sisteminin qurulması üçün aparılan geniş miqyaslı islahatlar barədə Forum iştirakçılarına ətraflı və dolğun məlumatlar verilib.

↑