Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyi ilə bağlı yüksək səviyyəli konfransda erməni jurnalistin təxribat xarakterli sualını cavablandırıb.
“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki , jurnalist nazirə Ermənistanın Baş Naziri Nikol Paşinyanın Qondarma Dağlıq Qarabağ xalqı tərəfindən seçilmədiyi üçün onları təmsil edə bilməməsi haqda absurd sual ünvanlayıb.
Məmmədyarov isə cavabında belə bildirib: Bunu sizə yarım saatdır başa salıram… Bunlar hamısı öz konstitusiyanızı bilməməkdən irəli gəlir. 1990-cı ildən qüvvəyə minən konstitusiyanı oxumağı tövsiyə edirəm”.
Daha sonra həmin jurnalist yenə sual vermək istədikdə Azərbaycan XİN rəhbəri üzünü digər jurnalistə çevirərək Qarabağ məsələsi ilə bağlı suala şərh verib: “Başa düşmək lazımdır ki, biz belə yaşamağa davam edə bilmərik. Bax indi siz özünüzü aldatmaqla yanaşı, erməni xalqını da aldatmağa çalışırsınız. Sizdən soruşuram: “Erməni xalqı Azərbaycanla davam edən bu 30 illik müharibədən nə əldə edib?””.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Paylaş Tweet Paylaş