Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Prezident İlham Əliyev Ukraynada insult keçirən Milli Qəhrəmanın müalicəsini nəzarətə götürüb
  • Gündəm
  • Manşet

Prezident İlham Əliyev Ukraynada insult keçirən Milli Qəhrəmanın müalicəsini nəzarətə götürüb

rubinroot May 12, 2019
images

Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyevin müalicəsi Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürülüb.

“Rubin.az” xəbər verir ki,bu barədə “Report”a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev hadisə baş verəndən sonra Z.Quliyevin ilkin müalicə aldığı xəstəxanada olub, həkimlərlə danışıqlar aparılıb. Sonradan Milli Qəhrəmanın peşəkar həkim nəzarətində müalicə alması üçün o, mayın 11-nə keçən gecə A.P.Romodanova adına Neyro-Cərrahiyə İnstitutuna yerləşdirilib. Yenidən müayinəsi aparılıb. Həkimlər Zabit Quliyevin vəziyyətini orta-ağır qiymətləndirirlər.

A.Xudiyevin sözlərinə görə, Milli Qəhrəmanın müalicəsi üçün lazım olan bütün tədbirlər davam etdiriləcək.

Qeyd edək ki, tədbirlərdə iştirak etmək üçün Kiyevə gələn Z.Quliyevin səhhəti mayın 9-da qəflətən pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: “İslahatların davamı zəruridir və başqa yolu yoxdur” – Prezident
Next: Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.