Çərşənbə axşamı, 24 Noyabr 2026 15:54:05 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
24 Noyabr 2026
SON XƏBƏRLƏR
Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00
Manşet

Prezidentlə xanımı Qələbənin 74-cü ildönümü mərasimində iştirak ediblər

09.05.2019 14:43 · 519 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

“Rubin.az” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Prezident, Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoydu, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən cəsur sərkərdənin xatirəsini ehtiramla yad edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Böyük Vətən müharibəsi veteranları ilə xatirə şəkli çəkdiriblər.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin qarşısından keçib.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Hollandiya Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Niderlandın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun ailə üzvləri və Oistervijk şəhərinin meri Hans Janssen ilə görüşdülər.

Sonra dövlətimizin başçısı və xanımı iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə görüşdülər, Qələbə günü münasibətilə onları təbrik ediblər.

Mərasimdə Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

↑