Çərşənbə axşamı, 24 Noyabr 2026 15:26:09 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
24 Noyabr 2026
SON XƏBƏRLƏR
Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00
Siyasət

Yeni Azərbaycan Partiyası Yevlax şəhər təşkilatı ”Heydər Əliyev 96”devizi altında Şahmat turniri keçirdi

06.05.2019 21:55 · 751 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Yevlax şəhərində Ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illik yubileyi münasibəti ilə silsilə tədbirlər davam edir.
“Rubin.az” xəbər verir ki,Heydər Əliyevin 96 illik yubileyi münasibəti ilə ümumşəhər məktəblilər arasında Şahmat turnirinə yekun vurulmuşdur. Ənənəvi olaraq artıq neçə ildir ki, YAP Yevlax şəhər təşkilatı bu çempionatı təşkil edir. Yarışda Yevlax şəhər məktəbliləri öz bilik və bacarıqlarını sınayırlar. Şahmat çempionatda iki yaş qrupunda 94 nəfərdən artıq məktəbli öz qüvvəsini sınamışdır. Yarış İsveç sistemi ilə keçirilib. Yarışların keçirilməsində əsas məqsəd gənc nəsli Ulu öndər Heydər Əliyev ideaları ruhunda, onun zəngin irsi işığında yeni üsul və metodlarla tərbiyyə etmək, onun dövlətçilik, azərbaycançılıq irsini, öyrənmək, öyrətmək, təbliğ etmək, bu idealardan faydalanmaq, həyatımızdan istifadə etməkdir.
Tədbirdə YAP Yevlax şəhər Təşkilatının Sədr müavini, Aparat rəhbəri Əli Quliyev Ulu öndər Heydər Əliyevin həyat fəaliyyəti onun idmana qayğısı haqqında geniş nitq söylədi. Natiq Ümummilli lider Heydər Əliyevin əsasının qoyduğu siyasi kursa sadiqlik nümayiş etdirilməsini, Partiyanın Sədri, Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət yürütməsini, Azərbaycan gəncliyinə və idmanın inkişafına diqqət və qayğı göstərməsini xüsusi ilə nəzərə çatdırdı.
Sonra Yevlax şəhər Gənclər İdman idarəsinin rəisi Bünyamin Musayev yarış iştirakçılarını salamlayaraq bildirdi ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olub. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu var. O, qeyd edib ki, Ümummilli lider Heydər Əliyev irsinin təbliği və qorunması istiqamətində həyata keçirilən tədbirlər, xüsusi olaraq, məktəblilər arasında bu kimi tədbirlərin keçirilməsi Ümummilli lider Heydər Əliyev irsinin daha dərindən öyrənilməsinə bir töhvədir.
Yekunda qaliblər YAP Yevlax şəhər təşkilatının fəxri fərmanı və qiymətli hədiyyələri ilə təltif olundular.

↑