Cümə axşamı, 15 Oktyabr 2026 09:46:09 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Din

Ramazan ayının başlanması ilə əlaqədar tədbir keçirilib

03.05.2019 23:42 · 690 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Göyçay rayonu İcra Hakimiyyəti və DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Göyçay şəhər “Əbülfəzlil -Abbas”məscidində dini icma sədrləri və din xadimlərinin iştirakı ilə Ramazan ayının başlanması ilə əlaqədar olaraq tədbir keçirilib. “Rubin.Az” -ın bölgə müxbiri xəbər verir ki, tədbirdə ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən, dövlətin dini sahəyə göstərdiyi qayğılardan bəhs olunub. Eyni zamanda Ramazan ayı ilə bağlı qarşıda duran vəzifələr tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Sonda Ramazan ayı ilə əlaqədar tədbirlərin mövcud qanunvericiliyin tələbləri gözlənilməklə və QMİ-nin fətvasına uyğun keçirilməsinin vacibliyi qeyd edilib.

 

Davud Tarverdiyev

↑