Çərşənbə axşamı, 24 Noyabr 2026 14:57:57 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
24 Noyabr 2026
SON XƏBƏRLƏR
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00
İqtisadiyyat

Prezident İlham Əliyevdən növbəti humanist addım – Qaz limiti artırıldı

30.04.2019 23:08 · 934 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Dövlət başçısının tapşırığına əsasən, əhalinin sosial rifahının daha da gücləndirilməsi məqsədilə Azərbaycanda təbii qazın istifadə limiti artırılıb.

“Rubin.az”  xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, əhalinin aztəminatlı hissəsinin maddi vəziyyətinin yaxşılaşdırılması baxımından mavi qazın illik satış tarifi 1700 kub metrdən 2200 kub metrədək yüksəldilib:

“1,5 milyon abonent və ya 6 milyon nəfər güzəştli tariflərdən istifadə edirdi. Mövcud qərara əsasən, 300 min abonent də bu imkanlardan yararlanacaq. Bu da təxminən 1 milyon 200 min nəfər edir. Əvvəlki rejimdə abonentlərin 70 faizi güzəştli tariflərdən istifadə edirdisə, bu gündən etibarən 85% abonent bu güzəştlərdən istifadə edəcək”.

Nazirin sözlərinə görə, istehlak həcminin dəyişməsi ilə əlaqədar olaraq yaranmış fərq dövlətin maliyyə vəsaiti hesabına qarşılanacaq.

Ş.Mustafayev bu qərarı prezidentin sistemli və davamlı xarakter daşıyan sosial siyasətinə uyğun olaraq, növbəti humanist addımı adlandırıb.

Qərar sabahdan qüvvəyə minəcək.

Qeyd edək ki, 2016-ci ildə təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün bir kubmetr üçün 10 qəpik, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi.

↑