Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Birinci vitse-prezident Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub – Fotolar
  • Manşet
  • Rəsmi

Birinci vitse-prezident Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub – Fotolar

rubinroot Aprel 25, 2019
ergtf

Birinci vitse-prezident Mehriban Əliyeva Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq bağçasında, Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada və gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində mövcud şəraitlə tanış olub.

“Rubin.az” AzərTac-a istinadən xəbər verir ki, Mehriban Əliyeva əvvəlcə Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq bağçasına gəlib. Bağçanın müdiri Ellada Səlimova məktəbəqədər təhsil müəssisəsi barədə birinci vitse-prezidentə məlumat verib. Bildirilib ki, bina 1836-cı ildə tikilib. 1957-ci ildən bina bağça kimi fəaliyyətə başlayıb. Burada sonuncu dəfə təmir işləri 2006-2007-ci illərdə həyata keçirilib.

Birinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçası-körpələr evindəki uşaqlarla görüşüb, onlarla söhbət edib, balacaların bacarıqları ilə maraqlanıb, arzularını soruşub. M.Əliyeva yuxarı yaş qrupundakı uşaqların məktəbə hazırlığı ilə də maraqlandı.

Sonra Mehriban Əliyeva Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyaya gəlib. Gimnaziyanın direktoru Ənvər Mustafayev məlumat verib ki, 1960-cı ildə istifadəyə verilən təhsil ocağı indiyədək heç vaxt əsaslı şəkildə təmir edilməyib.

Daha sonra Mehriban Əliyeva gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində mövcud şəraitlə də tanış olub. Məktəbin direktoru Samirə Həsənova Birinci vitse-prezidentinə məlumat verib ki, təhsil ocağı 1993-cü ildən bu binada fəaliyyət göstərir. Gimnaziyanın ikinci korpusunun 3-cü mərtəbəsində yerləşən məktəbdə əsasən məcburi köçkün ailələrindən olan, həmçinin Xəzər rayonunda yaşayan uşaqlar təhsil alırlar.

Sinif otaqlarına baş çəkən Mehriban Əliyeva şagirdlərlə səmimi söhbət edib, onlarla şəkil çəkdirib.

Birinci vitse-prezident Mehriban Əliyeva Buzovna qəsəbəsindəki körpələr-evi uşaq bağçasında, Mərdəkan qəsəbəsindəki Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada və gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində şəraitin yaxşılaşdırılması istiqamətində müvafiq tapşırıqlarını verib.








About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: 23 yaşlı qızın dəhşətli intiharı – Atası ona çatsa da, tutub saxlaya bilməyib…
Next: Ceyhun Bayramov direktoru işdən çıxardı – Şikayətlərə görə

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.