Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev və Başçının 1-ci müavini Rəhman Feyzullayev rəhbərliyə sədaqət nümunələridir. Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xəyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan vərilməməlidir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev və Başçının 1-ci müavini Rəhman Feyzullayevdir. 1959-cu il yanvarın 30-da Zərdab rayonunun Qaravəlli kəndində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1986-cı ildə həmin institutun ümumi texniki fənlər müəllimi ixtisasını bitirmişdir. 1977-ci ilin yanvar ayından 1977-ci ilin may ayınadək Mingəçevir Şəhər Yol tikinti maşınları zavodunda ikinci dərəcəli fəhlə işləmişdir. 1977-ci ilin may ayından 1979-cu ilin iyun ayınadək Çita şəhərində Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1979-cu ilin iyun ayından 1981-ci ilin noyabr ayınadək Qafqaz enerjiquraşdırma trestində çilingər işləmişdir. 1981-ci ilin noyabr ayından 1987-ci ilin avqust ayınadək Azərenerji Tikinti Tresti Mənzil İstismar Sahəsində tərbiyəçi işləmişdir. 1987-ci ilin avqust ayından 1990-cı ilin sentyabr ayınadək Mingəçevir şəhər 7 saylı orta məktəbdə müəllim, 1990-cı ilin sentyabr ayından 1991-ci ilin sentyabr ayınadək Mingəçevir şəhər 12 saylı orta məktəbdə direktor müavini, 1991-ci ilin sentyabr ayından 1993-cü ilin yanvar ayınadək Mingəçevir şəhər 17 saylı orta məktəbdə direktor müavini, 1993-cü ilin yanvar ayından 1993-cü ilin dekabr ayınadək Mingəçevir şəhər 11 saylı orta məktəbdə direktor vəzifəsində işləmişdir. 1993-cü ilin dekabr ayından 1997-ci ilin mart ayınadək Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında ümumi şöbənin müdiri vəzifəsində işləmişdir. 1997-ci ilin mart ayından 1999-cu ilin iyul ayınadək San-Marino BEA-nın Mingəçevir filialında müəllim, təcrübə rəhbəri işləmişdir. Azərbaycan Dövlət Neft Akademiyası nəzdində fəaliyyət göstərən Təkmilləşdirmə İnstitutunun sənaye sahələrinin idarəedilməsi ixtisasını bitirmişdir. 1999-cu ilin iyul ayından 2005-ci ilin may ayınadək Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 5 may 2005-ci il tarixdən 14 dekabr 2007-ci il tarixədək Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş, 14 dekabr 2007-ci il tarixdən isə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. “Sənaye müəssisələrinin iqtisadi tənzimləyiciləri”, “Heydər Əliyev neft strategiyası əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmişdir”, “Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafı Proqramı (2005-2010 və 2015-ci illər)”, “Ümummilli lider Heydər Əliyev – Azərbaycanın iqtisadi inkişaf strategiyasının banisidir”, “Onun ideyalarını qorumağa və yaşatmağa çalışıram”, “Regional sosial-iqtisadi inkişaf (Tarixi faktlar, reallıqlar və inkişaf meylləri)”, “Zərdab rayonu: Regional İnnovasiya Proqramı (2014-2018-ci illər)” və sair elmi əsərlərin və monoqrafiyaların müəllifidir. “Həsən bəy Zərdabi: Seçilmiş əqalələri və məktubları (rus dilindən tərcümə” kitabının ideya müəlllifidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Prezident İlham Əliyevin əmr və tapşırıqlarını, göstərişlərini, tövsiyyələrini Lütvəli Babayev operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır. Lütvəli Babayev tək seçildiyi rayon üzrə yox bütün müraciət edən vətəndaşların müraciətlərinin həll olunması istiqamətində çalışmışdır. Prezident İlham Əliyev də bütün bunları nəzərə alaraq ona böyük etimad göstərərək Zərdab icra başçısı təyin etmişdir. Hazırda Lütvəli Babayev gərgin əməyi və zəhməti sayəsində Zərdab sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bu rayona başçı təyin olunduğu vaxtdan bəri, Zərdab əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Rayondan xəbər portalımızın elektron poçtuna ünvanlanan məktublarda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin fəaliyyətinə dair razılıq hisslərinin ifadə olunması ilə yanaşı, rayonda gedən proseslərin saytımızda işıqlandırılması xahişlərinə də tez-tez rast gəlinir. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev və Başçının 1-ci müavini Rəhman Feyzullayev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insanlardır. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər.. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır. Lütvəli Babayev vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda Zərdab Rayonda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar. Lütvəli Babayev əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır. Lütvəli Babayev yüksək insanlığı ilə seçilən bir insandır! Lütvəli Babayev – əsl ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda rayon camaatının, gənclərin mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir. Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Lütvəli Babayev fəaliyyətinin ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı. P.S. Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var. Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən “Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Qanuninfo.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur. Azinfo.tv