Çərşənbə axşamı, 24 Noyabr 2026 14:04:00 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
24 Noyabr 2026
SON XƏBƏRLƏR
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00
Elm

9-cuların balı necə hesablanır? – DİM açıqladı

19.04.2019 23:07 · 1. 416 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Məlum olduğu kimi, IX sinifdə təhsil alan şagirdlər üçün buraxılış imtahanı “tədris dili”, “Riyaziyyat” və “xarici dil” fənlərindən olmaqla iki mərhələdə keçirilir. Birinci mərhələdə şagirdlərə 45, ikinci mərhələdə isə 90 test tapşırığı təqdim edilir.

“Rubin.az” DİM-ə istinadən xəbər verir ki, buraxılış imtahanının nəticələri hər fənn üzrə 100 ballıq qiymət şkalası ilə qiymətləndirilir. İmtahanın birinci mərhələsində şagirdlər hər fənn üzrə maksimal olaraq 30, ikinci mərhələdə isə 70 bal toplaya bilərlər. Yəni şagirdlər attestatına 100 ballıq qiymət şkalası ilə yazılacaq balın 30 faizini imtahanın birinci mərhələsindən, 70 faizini isə imtahanın ikinci mərhələsindən toplaya bilərlər. Əgər şagird hər hansı buraxılış imtahanı fənni üzrə imtahanın birinci mərhələsindən 20, ikinci mərhələsindən isə 60 bal toplayıbsa, deməli, onun attestatına həmin fənn üzrə 80 bal yazılacaq.

Qayadalara əsasən IX sinfi cari ildə bitirənlər üçün kolleclərə qəbul da buraxılış imtahanlarının nəticələrinə əsasən aparılır. Qeyd elədik ki, birinci mərhələdə şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 30 baldır. Deməli, şagirdlər 3 fənn üzrə cəmi 90 bal toplaya bilərlər. İkinci mərhələdə isə şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 70 bal olmaqla cəmi 210 baldır. Beləliklə, hər iki mərhələnin nəticəsinə görə şagirdlər maksimal olaraq 300 bal toplaya bilərlər. Misal üçün hər hansı bir abituriyent imtahanın birinci mərhələsindən 60, ikinci mərhələsindən isə 140 bal toplayıbsa, ümumi balı 200 olacaq və bu balın əsasında kollecə qəbul olmaq üçün musabiqədə iştirak edəcək.

Xatırladaq ki, kolleclərin müsabiqəsində ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.

↑