Prezident İlham Əliyev Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşdə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqının bir yumruq kimi birləşdiyini və bu Zəfərin qəlblərdə əbədi yaşayacağını bildirib.
Dövlət başçısı söyləyib ki, xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər.
Prezident vurğulayıb ki, Zəfər nəticəsində ədalət və ləyaqətin bərpası təmin olunub və döyüş meydanında qan tökülməsi ilə haqqın bərpasına nail olunub.
Mənbə: az.trend.az

