Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Sahib Məmmədov Mehmanla görüşdü:Məhbus aclıq aksiyası keçirmir-FOTO
  • Gündəm
  • Manşet
  • Siyasət

Sahib Məmmədov Mehmanla görüşdü:Məhbus aclıq aksiyası keçirmir-FOTO

rubinroot Yanvar 8, 2019
49784224_2480333088650707_6851968379092205568_n

Hüquq müdafiəçisi Sahib Məmmədov həbsdə yatan bloger Mehman Hüseynovla çəkdirdiyi son fotosunu yayıb.

Rubin.az xəbər verir ki,Sahib Məmmədov M.Hüseynovla görüşü haqda Axar.az-a açıqlamasında bildirib ki, məhbus aclıq aksiyası keçirmir:

“Mehman Hüseynov maye və duru yeməklər qəbul edir, çoxlu yoğurt yeyir. Onun mədəsində qastrit olduğu deyilir”.

S.Məmmədovun sözlərinə görə, Mehman bu gün atası ilə də görüşüb:

“Atası ona sovqat gətirib. Sovqatın nədən ibarət olduğuna kamerada baxdıq. Mehmanın saxlanma şəraiti ilə də tanış olduq. Onlar 4 nəfərlik yerdə 3 nəfər qalır. İsitilik sistemi yaxşıdır, otağında televizor da var. Özünün də saxlanma şəraitindən şikayəti yoxdur. Yeganə etirazı ona qarşı başlanmış yeni cinayət işi ilə bağlıdır”.

Qeyd edək ki, M.Hüseynovun aclıq aksiyasını davam etdirdiyi iddia edilsə də, Penitensiar Xidmət onun yalnız 26 dekabrda aclıq etdiyini, bir gün sonra isə aksiyanı dayandırdığını bildirmişdi.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: İctimai şura Lənkəran Dövlət Universitetində imtahanların gedişini izlədi
Next: İlham Əliyev sərəncam imzaladı

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.