Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • İctimai şura Lənkəran Dövlət Universitetində imtahanların gedişini izlədi
  • Gündəm
  • Rəsmi
  • Təhsil

İctimai şura Lənkəran Dövlət Universitetində imtahanların gedişini izlədi

rubinroot Yanvar 8, 2019
00000000000000000000000000000000000000

Lənkəran Dövlət Universitetində (LDU) 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası bir neçə gündür ki, davam edir. İmtahan sessiyasını canlı izləmək, tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə universitetdə fəaliyyət göstərən ictimai nəzarət qrupunun- İctimai şuranın üzvləri də fəaliyyətlərinə start verib.Rubin.az xəbər verir ki,İctimai şuranın sədri, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov başda olmaqla, şura üzvləri universitetin hər iki tədris korpusuna baş çəkərək imtahanların gedişini canlı izləyiblər.


Cəmiyyətlə sıx təmas yaratmaq, universitetdə aparılan təhsil uğurları ilə ictimaiyyəti yaxından tanış etmək məqsədi ilə yaradılan İctima şuranın üzvləri məramlarına uyğun olaraq imtahan keçirilən auditoriyalara baş çəkiblər. Tələbələrə bilik sınağından üzüağ çıxmağı, sessiyanı uğurla başa vurmağı tövsiyə edən şura üzvləri imtahan prosesinin gedişi ilə tanışlıq zamanı tələbələrin rəylərini də dinləyiblər.
Şura üzvlərinə imtahanların gedişini İmtahan Müşahidə Mərkəzindən vebkameralarla birbaşa izləmək imkanı yaradılıb, mərkəzin fəlaiyyəti ilə bağlı sualları cavablandırılıb, Operativ Qərargahın işi barədə ətraflı məlumat verilib.
LDU-nun təhsil həyatı, tədrisin yenilənməsi istiqamətində son illərdə aparılan əsaslı yenidənqurma işləri ilə yaxından tanışlıq da şura üzvlərində xoş təəssürat yaradıb.
İmtahanların gedişi və universitetlə əyani tanışlıqdan sonra İctima şuranın üzvləri Lənkəran Dövlət Universitetində gördüklərindən razı qaldıqlarını, imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyini, tələbələr üçün lazımi şəraitin yaradıldığını əminliklə bildiriblər, prosesi əyani izləmək üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlıq ediblər.
Qeyd edək ki, İctimai şuranın üzvlərinə imtahanların gedişini sessiya boyunca izləmək imkanı yaradılacaq.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Bakı Ali Neft Məktəbində keçirilən bilik yarışının qalibləri mükafatlandırılıb
Next: Sahib Məmmədov Mehmanla görüşdü:Məhbus aclıq aksiyası keçirmir-FOTO

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.