Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Bakı Ali Neft Məktəbində keçirilən bilik yarışının qalibləri mükafatlandırılıb
  • Manşet
  • Təhsil

Bakı Ali Neft Məktəbində keçirilən bilik yarışının qalibləri mükafatlandırılıb

rubinroot Yanvar 8, 2019
154693299335758553_367x266

 

Bakı Ali Neft Məktəbində (BANM) Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc kimya mühəndisləri” adlı bilik yarışı keçirilib.

Rubin.Az bildirir ki, yarışın keçirilməsində əsas məqsəd gənclərin elmə və texniki sahələrə olan marağının artırılmasıdır. Ali məktəblərin tələbələri arasında marağa səbəb olan yarışda iştirak üçün kimya mühəndisliyi üzrə təhsil alan 150-yə yaxın gənc qeydiyyatdan keçib, 100-dək tələbə və gənc mühəndis seçilərək yarışa dəvət edilib.

Yarışın ilkin mərhələsində 10 açıq tipli sual, ikinci mərhələdə isə 20 test tipli sual təqdim edilib. Biliklərini ən yüksək səviyyədə nümayiş etdirmiş ilk üç yerin sahibi münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Yarışda 1-ci və 2-ci yerlərə BANM-in kimya mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri Kənan Qocayev və Gülnar Sadıqova layiq görülüblər. Üçüncü yeri isə BANM-in məzunu, hazırda gənc mühəndis kimi fəaliyyət göstərən Səidə Ələsgərova və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin III kurs tələbəsi Məhəmməd Quliyev tutublar.
Qaliblərə diplom və mükafatlar təqdim edilib.
Yarışda yaxşı nəticə göstərmiş 20 nəfərə də sertifikat və hədiyyələr verilib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: “Qəbələ”nin sabiq futbolçusu və baş məşqçisi klublarından göndərilib
Next: İctimai şura Lənkəran Dövlət Universitetində imtahanların gedişini izlədi

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.