Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • “Qəbələ”nin sabiq futbolçusu və baş məşqçisi klublarından göndərilib
  • İdman

“Qəbələ”nin sabiq futbolçusu və baş məşqçisi klublarından göndərilib

rubinroot Yanvar 8, 2019
609fe1be-7b76-41f6-8d6e-f9be40f25038

“Qəbələ” klubunun sabiq futbolçusu Sergey Zenyov Polşa “Krakoviya”sından kənarlaşdırılıb.

Rubin.az Report-a istinadən xəbər verir ki,, estoniyalı hücumçu komandasının qış toplanışında iştirak etməyib. Baş məşqçi Mixal Probej ona və xorvatiyalı Antonini Çelinaya özlərinə yeni klub tapmalarını tövsiyə edib.

“Qəbələ”nin sabiq baş məşqçisi Dorinel Muntyanu isə Rumıniya “Konkordiya”sından istefa verib. Buna komandanın uğursuzluq zolağından çıxa bilməməsi səbəb olub. Onun 2018-ci ilin sentyabrında baş məşqçi təyin olunduğu klub hazırda turnir cədvəlində 17 xalla sondan əvvəlki – 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Sergey Zenyov “Krakoviya”ya 2017-ci ilin iyununda keçib. O, ümumilikdə 41 oyuna 5 qol vurub. Bu mövsümün ilk yarısında Zenyov 12 qarşılaşmada cəmi 1 dəfə fərqlənə bilib.

Futbolçu kimi Rumıniya yığmasında hamıdan çox – 134 dəfə çıxış etmiş Dorinel Muntyanu məşqçilik karyerası ərzində alkoqol asılılığından qurtula bilməyib. Getdiyi komandaların əksəriyyətində uğursuzluqla üzləşən 51 yaşlı mütəxəssis “Qəbələ”də cəmi 5 ay çalışa bilib. O, 2014-cü il iyunun 14-də təyin olunduğu komandanı zəif nəticələrlə əlaqədar dekabrın 9-da tərk edib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə: müsahibənin keçirilmə qrafiki müəyyənləşdirilib
Next: Bakı Ali Neft Məktəbində keçirilən bilik yarışının qalibləri mükafatlandırılıb

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.