Qrenlandiya üzrə ABŞ-Danimarka birgə işçi qrupunun iclasları hər iki-üç həftədən bir keçiriləcək.
APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt açıqlama verib.
14 yanvarda Danimarka və Qrenlandiya xarici işlər nazirləri Lars Lökke Rasmussen və Viviane Motzfeldt Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Ceyms Vens və ABŞ dövlət katibi Marko Rubio ilə görüşüblər.
“Yaxşı görüş idi. Və həmin görüşdə tərəflər Qrenlandiyanın alınması ilə bağlı texniki danışıqları davam etdirəcək şəxslərdən ibarət işçi qrupu yaratmaq barədə razılığa gəldilər. Mənə məlumat verildi ki, bu danışıqlar hər iki-üç həftədən bir keçiriləcək. Beləliklə, administrasiya danimarkalılar və Qrenlandiyadan olan hörmətli nümayəndə heyəti ilə danışıqları davam etdirmək niyyətindədir”, – Livitt deyib.
