Bu gün Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşən Venesuela müxalifətinin lideri Mariya Korina Maçado görüşünün çox yaxşı keçdiyini deyib.
APA xəbər verir ki, o, iki saatdan çox davam edən danışıqlardan sonra Ağ Evdən ayrılıb.
Maçado mətbuata açıqlaması zamanı Venesuelanın azadlığı üçün Prezident Trampa güvəndiyini deyib.
Ağ Evdən ayrılan Maçadonun ABŞ senatorları və Konqres üzvləri ilə görüşü gözlənilir.
***
22:50
Venesuela müxalifətinin lideri Mariya Korina Maçado Ağ Evə gəlib.
APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Maçadonun tezliklə ABŞ prezidenti Donald Trampla görüşəcəyi gözlənilir.
