Skip to content
Ocak 15, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Beynəlxalq aləmdə vəziyyət getdikcə pisləşir
  • Gündəm

Beynəlxalq aləmdə vəziyyət getdikcə pisləşir

Rubin Az Ocak 15, 2026
6968f5e216abd6968f5e216abe1768486370235ebfd1a5fecdb42b790f784b0438f9.jpg


Beynəlxalq vəziyyət deqradasiyaya uğrayır.


APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xarici ölkələrin səfirlərinin etimadnamələrini təqdim etmə mərasimində deyib.


Onun sözlərinə görə, münaqişələr şiddətlənir və yeni qaynar nöqtələr ortaya çıxır, beynəlxalq aləmdə vəziyyət getdikcə pisləşir.


Putin vurğulayıb ki, Rusiya həmişə balanslı kurs yürüdəcək və çoxqütblü dünyaya sadiqdir.


Putin bildirib ki, Ukrayna böhranı Rusiyanın maraqlarını və NATO-nun sərhədlərinə doğru irəliləməsini illərdir görməzdən gəlməyin birbaşa nəticəsidir. O əmin edib ki, “Rusiya Ukraynadakı məqsədlərini ardıcıl olaraq həyata keçirməyə davam edəcək”.


“Hesab edirik ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün şərtləri möhkəmləndirməklə əsaslı müzakirəyə qayıtmağa dəyər və bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır”, – Rusiya lideri qeyd edib.


Putin Rusiyanın Avropa ölkələri ilə lazımi səviyyədə münasibətləri bərpa etməyə hazır olduğunu diqqətə çatdırıb.

About the Author

Rubin Az

Administrator

View All Posts

Post navigation

Previous: ABŞ-ın Qətərdəki Əl-Üdeyd aviabazasında xəbərdarlıq səviyyəsi aşağı salınıb
Next: Oğuzda ağac kəsilməsinə görə cinayət işi başlanıb

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.