Skip to content
Ocak 15, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Hesablama Palatasının 2026–2030-cu illər üzrə Strateji Planı təsdiqlənib
  • Gündəm

Hesablama Palatasının 2026–2030-cu illər üzrə Strateji Planı təsdiqlənib

Rubin Az Ocak 15, 2026
6968dc8543df86968dc8543df91768479877f64348c7171c199c8db5c0dbf2850c3f.jpg

Hesablama Palatasının 2026–2030-cu illəri əhatə edən yeni Strateji Planı təsdiqlənib.

“APA-Economics” bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, sənəd ali audit orqanının növbəti beş il üçün əsas fəaliyyət istiqamətlərini və prioritetlərini müəyyən edir.

Yeni Strateji Plan 2021–2025-ci illəri əhatə edən Strateji Planın icra müddətinin başa çatması fonunda, əvvəlki dövrdə əldə edilmiş nəticələr, aparılmış qiymətləndirmələr və cari vəziyyətin təhlili nəzərə alınmaqla hazırlanıb.

Strateji Planın formalaşdırılması prosesində əsas maraqlı tərəflərlə səmərəli işgüzar münasibətlər qurulub, onların gözləntiləri təhlil edilərək sənəddə əksini tapıb. Eyni zamanda, yeni Strateji Planda nəticəəsaslı çərçivə daha da genişləndirilib, ilk dəfə olaraq bir sıra əsas performans göstəriciləri üzrə beş illik proqnoz dinamikası müəyyən edilib.

Sənəddə Dövlət Auditi İnformasiya Sisteminin tam qurulması, rəqəmsal həllərin və data analitika alətlərinin genişləndirilməsi, mümkün istiqamətlərdə süni intellektin tətbiqi, beynəlxalq audit standartlarının daha geniş tətbiqi və audit tövsiyələri əsasında dövlət maliyyə idarəetməsinin gücləndirilməsi əsas prioritetlər kimi müəyyən olunub.

About the Author

Rubin Az

Administrator

View All Posts

Post navigation

Previous: Ankara məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib
Next: ABŞ-ın Qətərdəki Əl-Üdeyd aviabazasında xəbərdarlıq səviyyəsi aşağı salınıb

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.