Skip to content
Ocak 15, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Danimarkanın XİN başçısı Trampın Qrenlandiya yaxınlığında Çin hərbi mövcudluğuna dair iddialarını təkzib edib
  • Gündəm

Danimarkanın XİN başçısı Trampın Qrenlandiya yaxınlığında Çin hərbi mövcudluğuna dair iddialarını təkzib edib

Rubin Az Ocak 15, 2026
6967f248966946967f2489669517684199126967f248966926967f24896693.webp.webp

Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen ABŞ Prezidenti Donald Trampın Qrenlandiya sahilləri yaxınlığında Çin hərbi gəmilərinin mövcudluğu ilə bağlı iddialarını təkzib edib.

APA xəbər verir ki, o, bunu Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Çinin Hərbi Dəniz Qüvvələri təxminən son 10 il ərzində ada yaxınlığında görünməyib.

Rasmussen qeyd edib ki, ABŞ dövlət katibi Marko Rubio və vitse-prezident Ceyms Di Vensin iştirakı ilə keçirilən danışıqlar tərəflər arasında mövqelərin mübadiləsi üçün yaxşı imkan yaradıb.

“Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeldt üçün də, mənim üçün də bu, yanlış olan həmin narrativi təkzib etmək baxımından əla fürsət oldu. Yəni guya Qrenlandiyanın ətrafında hər yerdə Çin hərbi gəmiləri var. Kəşfiyyatımızın məlumatına görə, Qrenlandiya ətrafında onlara təxminən 10 ildir rast gəlinmir”, – deyə nazir bildirib.

About the Author

Rubin Az

Administrator

View All Posts

Post navigation

Previous: Kiyevdə energetika ilə bağlı vəziyyətə dair mühüm qərarlar qəbul edilib
Next: Fon der Lyayen yenidən etimad səsverməsi məsələsi ilə üzləşə bilər

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.