Skip to content
Ocak 14, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Yol Polisi sürücülərə müraciət edib
  • Gündəm

Yol Polisi sürücülərə müraciət edib

Rubin Az Ocak 14, 2026
69672e9026c5f69672e9026c60176836980869672e9026c5d69672e9026c5e.jfif

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

APA xəbər verir ki, müraciətdə deyilir:

“Hazırda ölkənin bir neçə ərazilərdə, xüsusi ilə Abşeron yarımadasında güclü, arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntılar müşahidə olunur. Mövcud hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər yaradır.

Bununla əlaqədar yol polisi bir daha bütün yol hərəkəti iştirakçılarını son dərəcə diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyə çağırır.

Xüsusilə xahiş olunur:

-hava və yol şəraitinə uyğun təhlükəsiz sürət rejiminə riayət edilsin;

-nəqliyyat vasitələri arasında məsafə və yan interval qorunsun;

-manevr zamanı, xüsusilə güclü külək və sürüşkən yol şəraitində ehtiyatlı davranılsın;

-işıqlandırma cihazlarından düzgün istifadə edilsin.

Eyni zamanda bildiririk ki, belə hava şəraitində piyadalar daha həssas vəziyyətdə olurlar. Sürücülərdən piyada keçidlərinə, ictimai nəqliyyat dayanacaqlarına və yaşayış məntəqələrinə yaxın ərazilərdə xüsusi diqqət tələb olunur. Yolun su yığılan hissələrindən keçərkən piyadaların üzərinə su sıçratmaq yolverilməzdir və bu cür davranış təhlükə yaradır.

“Yol polisi bütün yol hərəkəti iştirakçılarını qarşılıqlı hörmətə, məsuliyyətə və ehtiyatlılığa çağırır. Qaydalara əməl olunması və diqqətli davranış çətin hava şəraitində yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında vacib amildir”, – müraciətdə qeyd edilib.

About the Author

Rubin Az

Administrator

View All Posts

Post navigation

Previous: Bakıda bu yollarda sıxlıq var
Next: Aktau-Bakı-Aktau xətti üzrə konteyner daşımaları 15% artıb

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.