Skip to content
Ocak 14, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Tovuzda yük avtomobilləri toqquşub, sürücülər xəsarət alıb
  • Gündəm

Tovuzda yük avtomobilləri toqquşub, sürücülər xəsarət alıb

Rubin Az Ocak 14, 2026
6966ac1e6c96c6966ac1e6c96d17683364146966ac1e6c96a6966ac1e6c96b.jpg

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” və “Kamaz” markalı yük avtomobilləri toqquşub.

Qəza zamanı 1975-ci il təvəllüdlü M. İsmayılov və 1975-ci il təvəllüdlü İ. Mirəliyev xəsarət alıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib, onlara yardım edilib və vəziyyətlərinin orta ağır olduğu bildirilir. Xəsarət alan hər iki şəxs sürücülərdir.

Qeyd edək ki, zərbənin təsirindən yük avtomobillərindən biri idarəetməni itirərək yoldan çıxıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

About the Author

Rubin Az

Administrator

View All Posts

Post navigation

Previous: Mirzoyan və Rubio Vaşinqtonda görüşüblər
Next: Tramp ABŞ-ın İrana qarşı çox sərt addımlar atacağı barədə xəbərdarlıq edib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.