Skip to content
Ocak 14, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Mirzoyan və Rubio Vaşinqtonda görüşüblər
  • Gündəm

Mirzoyan və Rubio Vaşinqtonda görüşüblər

Rubin Az Ocak 13, 2026
696693f920220696693f9202211768330233696693f92021e696693f92021f.jpg

“Tərəflər Ermənistan-ABŞ strateji tərəfdaşlığının mütərəqqi inkişafını, əldə edilmiş razılaşmaların həyata keçirilməsini və birgə təşəbbüslərin perspektivlərini qeyd ediblər”.

APA xəbər verir ki, bu sözlər Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən görüşlə bağlı verilən açıqlamada öz əksini tapıb.

Bildirilib ki, tərəflər 8 avqust 2025-ci ildə Vaşinqton Sülh Sammitində əldə edilmiş razılaşmaların həyata keçirilməsini müzakirə edərək, sülh prosesinin daha da institusionallaşdırılmasına diqqət yetiriblər.

Məlumata görə “Tramp Marşrutu” proqramının həyata keçirilməsi çərçivəsi ilə bağlı birgə bəyannamə təsdiqlənib. Sənədin dərc olunması daha sonra planlaşdırılır.

***

22:51

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüşüblər.

APA xəbər verir ki, görüşdən sonra “Tramp Marşrutu”nun icrası çərçivəsində birgə bəyanatın qəbul edilməsi planlaşdırılır.

“Bu gün biz TRIPP layihəsini imzalayacağıq. Daha doğrusu, bizim fikrimizcə, əməkdaşlığın əla nümunəsi olan layihənin həyata keçirilməsi üzərində işləməyə davam edəcəyik. Bu, Ermənistanı biznesə açır, iqtisadi cəhətdən çiçəklənməsinə imkan verir və heç bir şəkildə Ermənistanın suverenliyini pozmur. Bu, əməkdaşlığın əla nümunəsidir və bu, həm də ölkələrimiz arasında çox güclü olan və bu müqavilələr sayəsində güclənməyə davam edən ikitərəfli münasibətlərimizin qurulması üçün davamlı bir yoldur”, – Rubio görüşlə bağlı deyib.

About the Author

Rubin Az

Administrator

View All Posts

Post navigation

Previous: Bakıda minik avtomobili yanıb
Next: Tovuzda yük avtomobilləri toqquşub, sürücülər xəsarət alıb

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.