Skip to content
Ocak 13, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Rusiya ötən gecə Ukraynaya 300-ə yaxın dronla hücum edib
  • Gündəm

Rusiya ötən gecə Ukraynaya 300-ə yaxın dronla hücum edib

Rubin Az Ocak 13, 2026
69660254a7fa669660254a7fa7176829294869660254a7fa469660254a7fa5.jpg

Rusiyanın ötən gecə Ukraynaya hücumunda 300-ə yaxın dron, 18 ballistik raket və 7 kruz raketindən istifadə olunub.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “X” hesabında məlumat verib.

Zelenski hücumların əsas hədəfinin enerji təchizatı olduğunu bildirib.

“Təəssüf ki, yaşayış obyektlərinə və mülki infrastruktura ciddi ziyan dəyib. Dnepr, Jitomir, Zaporojye, Kiyev, Odessa, Xarkov, Donetsk bölgələri hücuma məruz qalıb”, – Zelenski bildirib.

Onun sözlərinə görə, Xarkova endirilən zərbələr nəticəsində 4 nəfər ölüb, Kiyevdə yüzlərlə ailə işıqsız qalıb.

Ukrayna lideri beynəlxalq ictimaiyyəti Ukraynaya dəstək göstərməyə çağırıb: “Biz ABŞ və Avropa ilə razılaşdırılmış yardım paketlərinin çatıdırılmasının sürətləndirilməsini gözləyirik”.

About the Author

Rubin Az

Administrator

View All Posts

Post navigation

Previous: Müsabiqə yolu ilə prokurorluq orqanlarına qəbul edilmiş gənclərin andiçmə mərasimi keçirilib
Next: Ötən il Ermənistanda 30 hərbçi ölüb

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.