Cümə axşamı, 15 Oktyabr 2026 09:31:57 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Manşet

Qaraçuxur qəsəbəsində səyyar görüş keçirilib

25.07.2024 13:37 · 8 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Suraxanı Rayon icra Hakimiyyətinin başçısı Adil Əliyev növbəti səyyar qəbulu rayonun Qaraçuxur qəsəbəsində keçirib. Qəbul planına uyğun olaraq Qaraçuxur qəsəbəsində keçirilən qəbulda İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, idarə və təşkilatların rəhbərləri iştirak ediblər. Qəbul zamanı rayon sakinləri onları narahat edən müxtəlif məsələlərə toxunublar. Mənzil, kommunal, sosial, humanitar məsələləri qeyd edən sakinlərin müraciətlərinin bir qismi yerindəcə həll olunub, habelə digər müraciətlər İcra Hakimiyyətinin başçısı tərəfindən nəzarətə götürülməklə həlli ilə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Vətəndaş qəbuluna yüksək həssaslıqla yanaşılması barədə dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, təşkil olunmuş qəbulda iştirak edən vətəndaşlar onlara yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Vətəndaşlar tərəfindən qaldırılan kollektiv müraciətlə əlaqədar olaraq, İcra Hakimiyyətinin başçısı qeyd olunan ünvana gedərək, yerində baxış keçirmiş və məsələlərin həlli istiqamətində tapşırıqlarını vermişlər.

↑