Çərşənbə, 21 Oktyabr 2026 13:26:19 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
21 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycanda ailələrin sayı açıqlanıb21.10.2026 12:00 Bakının bu ərazilərində işıq olmayacaq21.10.2026 09:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Azərbaycanda ailələrin sayı açıqlanıb21.10.2026 12:00 Bakının bu ərazilərində işıq olmayacaq21.10.2026 09:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00
Hadisə

Fazil Məmmədovun məşhur hoteli əlindən alındı – FOTO

17.03.2019 15:47 · 637 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bakıdakı beşulduzlu “Excelsior Hotel & Spa” hotelinin mülkiyyətçisi dəyişib.

Məlumata görə, sözügedən hotel “PMD Hospitality” şirkətinin mülkyyətinə keçib.

2019-cu il fevralın 1-də bu hotelin aktivlərinin yeni sahibi “Excelsior Hotel” MMC təsis edilib. “Excelsior Hotel”in mülkiyyətçisinin dəyişməsi barədə məlumatı Fins.az-a hoteldən təsdiqləyiblər.

Xatırladaq ki, “Excelsior Hotel & Spa” “AtaHoldinq”ə daxil idi.

Məlumat üçün bildirək ki, hotel sabiq vergilər naziri Fazil Məmmədova məxsus olub. Nazir vəzifəsini itirdikdən sonra hotel ondan alınıb və yeni mülkiyyətçisinə təhvil verilib.

Cebhe.info-ya daxil olan məlumata görə, hotelin sabiq nazirdən alınması oradakı iş mühitinə və əməkdaşlara da təsirsiz ötüşməyib. Belə ki, əməkdaşlara hotelin Fazil Məmmədovdan alındığı elan edilib. Bundan sonra yeni mülkiyyətçi hotelin bir qrup əməkdaşını yenisi ilə əvəzləyib.

Uzun müddət hoteldə işləyən və Fazil Məmmədovun komandası kimi tanınan şəxslərlə yanaşı, bəzi sıravi əməkdaşlarla da birgə fəaliyyətə son qoyulub.
Fazil Məmmədov 2017-ci il 5 dekabrında Prezident Sərəncamı ilə vəzifədən azad edilib və onu bu vəzifədə Mikayıl Cabbarov əvəzləyib.(Aznews.az)

↑