Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Yol polisi qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
  • Sağlamlıq

Yol polisi qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

rubinroot May 27, 2024
1716793193_8aeca79f-0a93-38a9-8c19-689afe71f508_850

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Modern.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edərək ayrı-ayrı yerlərdə yağış yağacağı, güclü külək əsəcəyi gözlənilir.

“Baş Dövlət Yol Polisi İdarəsi hazırda müşahidə olunan tozlu hava səbəbindən görmə məsafəsinin azalmasını da nəzərə alaraq, sürücülərdən sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı, yağıntılı havalarda yolların sürüşkənliyini nəzərə almağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməyi, küləkli havada avtomobillərini aşma, qopma ehtimalı yüksək olan obyektlərin yaxınlığında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi xahiş edir. Qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda məsuliyyətli olmağa çağırırıq”, – deyə məlumatda qeyd olunub.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Xarici işlər nazirliyi Türkiyəyə başsağlığı verdi
Next: Belçika Azərbaycana yeni səfir təyin edib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.