Cümə axşamı, 15 Oktyabr 2026 07:53:17 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
İdman

Avropa çempionatında 7 güləşçimiz mübarizəyə başlayacaq

22.05.2024 13:19 · 48 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycanın 7 güləşçisi Bakı İdman Sarayında keçirilən U-23 Avropa çempionatının üçüncü günündə mübarizə aparacaq.

“Qafqazinfo” xəbər verir ki, bu gün həmçinin qadın güləşçilər yarışa qoşulacaqlar.

İlk olaraq Şahanə Nəzərova (50 kq), Gültəkin Şirinova (55 kq) və Ruzanna Məmmədova (59 kq) xalça üzərinə çıxacaq. Daha sonra Nihad Quluzadə (60 kq) və Qurban Qurbanov (82 kq) qızıl medal üçün güləşəcək. Ruslan Nurullayev bürünc (72 kq) uğrunda, Murad Əhmədiyev (97 kq) isə təsəlliverici görüşdə gücünü sınayacaq.

Qeyd edək ki, əvvəlki iki günün nəticələrinə əsasən, Azərbaycan millisinin hesabında 4 mükafat var. Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıbsa, Rəşad Məmmədov (55 kq) və Laçın Vəliyev (87 kq) bürünc medal qazanıb.

↑