Çərşənbə, 21 Oktyabr 2026 13:25:59 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
21 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycanda ailələrin sayı açıqlanıb21.10.2026 12:00 Bakının bu ərazilərində işıq olmayacaq21.10.2026 09:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Azərbaycanda ailələrin sayı açıqlanıb21.10.2026 12:00 Bakının bu ərazilərində işıq olmayacaq21.10.2026 09:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00
Gündəm

“Bibisinin prezidentə əlbəəl məktub verdiyini nəzərə alıb işi təxirə saldılar”

14.03.2019 15:26 · 732 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Avropa” otelində “Zaminbank”ın Nəsimi filialının müdiri Azər Məmmədovu öldürməkdə təqsirləndirilənlər – Sənan Quliyev və Mövlud Səfərovun kassasiya məhkəməsi təxirə düşüb.

“Rubin.az” xəbər verir ki,Hər iki şəxsin vəkili Cavid Rzazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, prosesdən öncə hakimə müraciət edərək işin təxirə salınmasını istəyiblər: “Məhkumların və mənim cinayət işi ilə tanış olmağım, onların özünün də prosesdə iştirak etməsinin təmin olunması və xüsusilə‚ prezident İlham Əliyevin martın əvvəlində Şamaxı rayonuna səfəri zamanı bu işlə bağlı Sənan Quliyevin bibisi tərəfindən ölkə başçısına əlbəəl məktub verilməsini nəzərə alaraq işin təxirə salınmasını xahiş etdik. Ali Məhkəmənin hakimi Əli Seyfəliyev müraciətimizi nəzərə alıb prosesi mayın 8-dək təxirə saldı”.

S.Quliyevin qardaşı Səbuhi Quliyev bildirib ki, artıq məktubu təhvil verdikdən sonra onlara zəng edilib və məsələnin araşdırıldığı bildirilib.

Xatırladaq ki, 2015-ci il aprelin 21-də otelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Məmmədov ürək nahiyəsindən 3 bıçaq xəsarəti alaraq hadisə yerində dünyasını dəyişib. 1971-ci il təvəllüdlü Ruslan Əfəndiyev və Ceyhun Nağıyev isə sinəsindən bıçaq xəsarəti alıblar və xəstəxanaya yerləşdiriliblər. Onların həyatını xilas etmək mümkün olub. Hadisəni törətməkdə şübhəli bilinənlər – Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev və onun dostu Mövlud Səfərov tutulub.

İttihama görə, M.Səfərovun idman zalında bilmədən tatami üzərinə ayaqqabı ilə çıxması R.Əfəndiyevlə onun arasında mübahisəyə səbəb olub. Daha sonra əlbəyaxaya çevrilən münaqişəyə Azər Məmmədov, Mövlud Quliyev və Ceyhun Nağıyev də müdaxilə edib. S.Quliyev çantasında olan bıçağı çıxaraq adı çəkilən şəxsləri vurub. Hadisə nəticəsində S.Quliyev və M.Səfərov da döyülərək xəsarətlər alıblar.

Təqsirləndirilən şəxslər məhkəmədə ifadələri zamanı özlərini təqsirli bilmədiklərini deyiblər. M.Səfərov heç kimi vurmadığını, əksini özünün davada döyüldüyünü deyib və bildirib ki, Sənanın onları bıçaqladığını hadisədən sonra bilib.

S.Quliyev isə onu döydükləri üçün özünü müdafiə etmək də Azərlə Ruslanı qorxutmaq üçün bıçaq çıxarıb havada yellədiyini deyib, kimisə vurmaq niyyəti olmadığını bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev ömürlük, M.Səfərov 20 il müddətinə azadlıqdan məhrum edilib. Onların apellyasiya şikayəti təmin edilməyib, hökm qüvvədə saxlanılıb.

↑