Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Cüdoçularımız dünya çempionatında mübarizəyə başlayır
  • İdman

Cüdoçularımız dünya çempionatında mübarizəyə başlayır

rubinroot May 19, 2024
1716093261_17160916186239344208_1200x630

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə dünya çempionatı start götürəcək.

Modern.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 3 cüdoçusu tatami üzərinə çıxacaq.

Kişilər arasında Balabəy Ağayev və Turan Bayramov (hər ikisi 60 kiloqram), qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kiloqram) qüvvəsini sınayacaqlar.

İlk görüşlərdə B. Ağayev Muhammadsoleh Quvatov (Tacikistan) / Miçel Auqsto (Braziliya) cütünün qalibi ilə, T. Bayramov Ariunbold Enxtayvan (Monqolustan) ilə, L.Əliyeva isə Kristina Dudina (Fərdi Neytral İdmançılar – AIN) ilə qarşılaşacaq.

Qeyd edək ki, mayın 23-dək davam edəcək dünya çempionatında 100-dən çox ölkədən 700-ə yaxın idmançı mübarizə aparacaq. Azərbaycan millisi turnirdə qadınlar və kişilər arasında 8 çəki dərəcəsi üzrə ümumilikdə 11 cüdoçu ilə təmsil olunur

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Köhnə avtomobil sahiblərinə hansı güzəştlər ediləcək?
Next: Latviya Parlamentinin sədri ölkəmizə gəlib – FOTO

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.