Cümə axşamı, 15 Oktyabr 2026 07:54:05 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Sağlamlıq

Faktiki hava açıqlandı

18.05.2024 17:06 · 60 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Mayın 18-i saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Balakən, Oğuz, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Xaltan, Göyçay, Sabirabad, Xaçmaz, Salyan, Neftçalada arabir yağış, Şahdağda isə qar yağıb. Ayrı-ayrı yerlərdə şimşək çaxıb, yağıntılar leysan xarakterli intensiv olub.

Mayın 18-i gecə saatlarında Qax rayonunun Əlibəyli və Ləkit kəndlərinə, saat 11:10-11:17 radələrində Sabirabad rayonu Kovlar və Ulacalı kəndlərinə diametri 8-10 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17, Naxçıvan MR-da və Aran rayonlarında 20 dərəcəyədək, dağlıq rayonlarda 8-12 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta olub.

↑