Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Azərbaycan güləşçisi Bakıdakı turnirdə məğlub oldu – YENİLƏNİB + FOTO
  • İdman

Azərbaycan güləşçisi Bakıdakı turnirdə məğlub oldu – YENİLƏNİB + FOTO

rubinroot Aprel 5, 2024
i0qmoUCZHKEYhXDAW6tnbP5JOYdyB0YtK49kSKzV

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəni dayandırıb.

“Report” xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Almaniya təmsilçisi Lukas Aleksandros Lazoqianisə 5:7 hesabı ilə məğlub olub.

13:43

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində qələbə qazanıb.

“Report” xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Ukrayna təmsilçisi Aleksey Masiki mübarizədən kənarlaşdırıb.

O, rəqibini 5:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, bu gün həmçinin Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa qoşulacaq. Hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

11:57

Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.

“Report” xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idman təsnifat mərhələsində norveçli Avropa və dünya üçüncüsü Oskar Marviklə (130 kq) üz-üzə gəlib.

Rəqibinə qalib gələn (9:1) Kandelaki 1/8 finala yüksəlib.

Qeyd edək ki, bu gün həmçinin Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa qoşulacaqlar.

10:10

Bu gün Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə start veriləcək.

Oxu.Az-ın məlumatına görə, ilk gündə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaqlar.

Turnirin birinci günündə Azərbaycanın dörd pəhləvanı qüvvəsini sınayacaq. Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa qoşulacaqlar. Onlar müvafiq olaraq Aleksey Masik (Ukrayna), Turpal Bisultanov (Danimarka) və Aleksandar Styepanetiçlə (İsveç) üz-üzə gələcəklər. Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsində Avropa və dünya üçüncüsü Oskar Marviklə (130 kq) güləşəcək.

Qeyd edək ki, hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

 

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Brüssel görüşü BAŞLADI
Next: Aİ Ermənistana 292, ABŞ isə 65 milyon dollar məbləğində vəsait verəcək

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.