Cümə axşamı, 15 Oktyabr 2026 10:18:00 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Digər

Soyuq hava nə vaxta kimi davam edəcək?

19.02.2024 10:52 · 2 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Hazırda Bakı və Abşeron yarımadasında, eləcə də bölgələrdə müşahidə olunan yağmursuz qeyri-sabit hava şəraiti sabah gün ərzində də davam edəcək.

Bu sözləri  açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

“Sabah axşam saatlarında bəzi yerlərdə yağış yağması ehtimalı var. Havanın temperaturu gündüz saatlarında 5 dərəcəyədək isti olacaq. Bölgələrdə əsasən yağmursuz hava şəraiti gözlənilir. Amma bəzi dağlıq və dağətəyi rayonlarımızda qısamüddətli yağıntı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Havanın temperaturu aran rayonlarında 6-11 dərəcə isti, dağlarda isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq”, – Məmmədova bildirib.

↑