12 fevral Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev qəbul qrafikinə uyğun olaraq Milli Məclisdə növbəti dəfə şəhid ailələrinin, qazilərin, habelə müraciət edən vətəndaşların qəbulunu keçirib. Vətəndaşlar tərəfindən qəbul zamanı qaldırdılmış müxtəlif məzmunlu sosial, humanitar, təhsil kimi müraciətlərin bir qismi vitse-spiker tərəfindən yerindəcə həll olunub. Digər müraciətlərin həlli məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına aidiyyəti üzrə məktublar göndərilib, araşdırılması vaxt tələb edən müraciətlərin hər biri nəzarətə götürülməklə, həlli istiqamətində müvafiq addımlar atılır.
Eləcə də, qəbul zamanı müraciət edən vətəndaşlara mövcud qanunvericiliyin tələblərinə dair hüquqi izahlar verilib. Vitse-spiker bildirib ki, ünvanına daxil olan vətəndaş müraciətlərinin hər birinin həlli məqsədilə qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə bütün addımlar atılır.
Qəbul zamanı vətəndaşlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əhalinin mütləq əksəriyyətinin səs çoxluğu ilə təkrar dövlət başçısı seçilməsindən məmnunluqlarını ifadə edərək, sevinclərini bölüşüblər.