Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Azərbaycanda 3 xəstəlik tüğyan edir: Sarılıq, qızılca və göyöskürək…
  • Sağlamlıq

Azərbaycanda 3 xəstəlik tüğyan edir: Sarılıq, qızılca və göyöskürək…

rubinroot Yanvar 21, 2024
1705830325_9d7b39b63cc3b4f4d42a46d9b9fa176f
Əgər Avropa və Rusiyanı bürüyən xəstəlikləri, bu ölkələrdə yayılan informasiyaları nəzərə alsaq, Azərbaycanda hər nə qədər epidemioloji vəziyyət sabitdir deyilsə də, vəziyyət qırmızı xəttə yaxınlaşır.

 

Əgər Rusiya, Gürcüstan mətbuatı xəstəxanaların göyöskürək, yeni növ kovid, yeni tip pnevmoniyalı xəstələrlə dolub daşdığını yazırsa, deməli, Azərbaycanda da vəziyyət eynidir.
Artıq təcili yardıma xəstəxanaya aparılmaq üçün təkid edən xəstələr çoxalır. Valideynlər uşaqlarının sonradan ağırlaşacağından qorxur.
Xəstələrin bir qrupu uşaqlar, gənclər – qızılca tutur, uşaqlar, yeniyetmələr – göyöskürəkdən əziyyət çəkir. Eləcə də Bakıda və bir çox rayonlarda sarılıq ocaqları var.
Həkimlərimizin “naməlum mənşəli pnevmoniya” dedikləri mikoplazma sətəlcəmi də unudulur.
Bu pnevmoniya ötən ilin sonunda Çində alovlanıb, uşaqları daha çox yoluxdurub və xəstəxanalar xəstə ilə dolu idi.
Bu xəstəlik hava-damcı yolu ilə sıx kollektivlərdə, məktəblərdə, qapalı yerlərdə asanlıqla yoluxa bilir. Ən çox uşaqlar, gənclər, hamilələr yoluxur.
Rusiyada ikinci aktiv xəstəlik göyöskürəkdir. Rusiya səhiyyə qurumları artıq xəstəxanalarda bu xəstələrin sayının artdığını, yerlərin dolduğunu bildirir.
Eləcə də Azərbaycanda artıq 3 aydır uşaqlarda sadəcə öskürək və boğulma ilə gedən virusun yayıldığı bildirilir.
Bakıda uşaq infeksion şöbələrində belə xəstələr çoxdur. Analar müalicələrin təsir etmədiyini bildirir.
Eləcə də dünən aparıcı İlkin Həsəninin həyat yoldaşı 2 övladının da göyöskürək diaqnozu ilə neçə vaxtdır mübarizə apardığını, xəstəxanada yatsalar da, tam sağalmadıqlarını, indi isə uşaqları özəl klinikaya yatızdırdıqlarını açıqladı.
Belə uşaqlar təkcə Bakıda yüzlərlədir. Sadəcə kütləvi tədbirlər görülmür və əldə etdiyimiz məlumata görə, sahə həkimləri uşaqların xəstəlik kitabçasına göyöskürək və qızılcanı yazmır, bundan yayınır və beləliklə, gerçək epidemioloji vəziyyət aydın olmur.
Eləcə də valideynlər sosial şəbəkələrdə təcili yardımın qızılcalı və 39 dərəcədə olan qızdırmalı uşaqları hospitəlizə etmədiyi, yer olmadığını və hara aparacaqların bilmədiklərindən şikayətlənir. (medicina.az)

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Cəlilabadda ağır qəza: 3 nəfər yaralandı
Next: Batumidə yenidən bomba həyacanı – Ticarət mərkəzləri boşaldılır

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.