Şənbə, 28 Noyabr 2026 20:18:59 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
28 Noyabr 2026
SON XƏBƏRLƏR
Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Azərbaycan və Avstraliya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)26.11.2026 15:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Azərbaycan və Avstraliya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)26.11.2026 15:00
Baş redaktor

Vitse-spiker Adil Əliyev: “Azərbaycan xalqı Zəfər seçkisində bir daha öz liderini dəstəkləyəcək”

11.12.2023 12:07 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Prezident İlham Əliyev tərəfindən növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə imzalanmış Sərəncamla  2024-cü ilin 7 fevralında seçkilərin keçirilməsi təyin olunub. Təyin olunmuş növbədənkənar Prezident seçkisi Azərbaycan xalqına öz iradəsinin vaxtından əvvəl ifadə etməsinə şərait yaradır.

Bu seçkiləri bizim üçün mötəbər edən növbəti vacib bir hadisə isə ilk dəfə olaraq bütün Azərbaycan ərazisində seçkilərin keçirilməsi ilə bağlıdır. Artıq ölkəmiz ərazi bütövlüyümüzü bərpa etməklə ölkə ərazisindəki “Boz zona”ya son qoyaraq suverenliyimizi bərqərar edib. İlk dəfə olaraq keçmiş məcburi köçkünlər öz dədə-baba yurd-yuvalarında səs verəcək, səsvermədə iştirak edəcəklər. Bu isə xalqımızın legitim hüququnun həyata keçirməsinin məhz kuliminasiya nöqtəsidir.

Bütün namizədlərə növbəti dəfə seçkidə bərabər imkanlarla çıxış etməsi və namizədliklərini irəli sürmək üçün demokratik mühit yaradılıb. Təəssüflə qeyd etməliyəm ki, bəziləri hələ də hansısa səbəbdən bu prosessə kölgə salmağa cəhd edirlər. Bəs sual yaranır ki, bunlar kimlərdi. Məhz marjinal müxalifət olan və dəstəkçi sayı 5000 nəfəri tapa bilməyərək, partiyalarını qeydiyyatdan keçirməyə aciz olanlardı. Onlar Vətən müharibəsindən əvvəl Qarabağı unudun və bu məsələnin həllinin qeyri-mümkün olmasını bildirənlər idi.

Daha sonra qazanılmış tarixi Qələbədən sonra Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirələrindən utanmayıb bu Qələbəyə kölgə salmağa cəhd edənlər idi. Hər dəfəsində Xankəndi şəhərinin heç zaman azad olmayacağı kimi cəfəng fikirlər səsləndirib, insanlarımız arasında qütbləşməyə cəhd edənlər məhz 19 sentyabrda 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri ilə növbəti dəfə susmağa məcbur oldular.

Bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyində düşmənin 30 il davam etmiş işğalına son qoyulub, Azərbaycanın gücü və qüdrəti dünyaya nümayiş etdirilib. Nəticədə şanlı üçrəngli bayrağımız Vətən göylərində böyük məğrurluqla dalğalanır. İndi isə Azərbaycan xalqı böyük ruh yüksəkliyi ilə seçkiyə hazırlaşır. Dövlət bütün namizədlərə imkan yaradır.

Lakin, cəmi bir suala cavab tapsaq bu prosessi də həll etmiş ola bilərik. 5000 nəfər dəstəkçi tapa bilməyən və partiyasını qeydiyyatdan keçirməyi bacarmayanların dəstəkçi taparaq namizəd kimi qeydiyyata alınması mümkün deyildir. Məhz Azərbaycan xalqı ölkədəki siyasi partiyaların vahid bəyanatla çıxış etdiyi zaman həmin bəyanata öz şəxsi ambisiyalarına qoşulmayanları da gözəl tanıyır.

Təbii ki, bu gün öz gücünü və qüdrətini dünyaya nümayiş etdirmiş, ən güclü ordulardan və iqtisadiyyatdan birinə sahib olan Azərbaycan xalqı bundan sonra da ona tarixi Qələbəni bəxş edən, hər zaman xalqına verdiyi sözü tutan öz Liderini təkrarən seçərək, onun rəhbərliyində uğur qazanacaqdır.

Adil Əliyev, Milli Məclisin sədr müavini, parlamentin Gənclər və İdman Komitəsinin sədri 

↑