Cümə axşamı, 15 Oktyabr 2026 12:41:19 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
İdman

“Sumqayıt” və “Turan Tovuz”un kubokdakı rəqibləri bəlli oldu

18.11.2023 20:38 · 2 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün I təsnifat mərhələsinə start verilib.

“Unikal” xəbər verir ki, ilk oyun günündə üç oyun keçirilib. II Liqa təmsilçiləri arasında ilk oyunda “Füzuli” və “Lerik” üz-üzə gəlib. Görüş Lerik təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.\

“Dinamo” isə “Göygöl”ə minimal hesabla uduzaraq kubok uğrunda mübarizəni startda dayandırmalı olub – 1:2. “Qusar”la “Şahdağ Qusar”ın duelində isə qalib penalti seriyasında müəyyənləşib. Nəticədə “Şahdağ Qusar” qələbəyə sevinib.

Bununla da, “Lerik”, “Göygöl” və “Şahdağ Qusar” komandaları II təsnifat mərhələsinə vəsiqə qazanıblar. Bu mərhələdə “Lerik” evdə “Sumqayıt”la, “Şahdağ Qusar” doğma arenasında “Qaradağ Lökbatan”la, “Göygöl” isə səfərdə “Turan Tovuz”la qarşılaşacaq. II raundun görüşləri 28-30 noyabr tarixlərində baş tutacaq.

↑