Cümə axşamı, 15 Oktyabr 2026 12:41:19 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
İdman

Güləş üzrə Azərbaycan millisi dünya üçüncüsü oldu

26.10.2023 06:31 · 2 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

Axar.az xəbər verir ki, 2 gümüş, 3 bürünc medal qazanan Azərbaycan millisi 87 xalla komanda hesabında dünya 3-cüsü olub.

ABŞ (148) birinci, Türkiyə (113) isə ikinci yeri tutub.

Qeyd edək ki, yığmanın tərkibində Zirəddin Bayramovla (65 kiloqram) Əşrəf Aşırov (79 kiloqram) gümüş, Kənan Heybətov (70 kiloqram), Abdulcəlil Şabanov (92 kiloqram) və Vaxit Qalayev (125 kiloqram) isə bürünc medal qazanıb.

↑