Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Bədəni siqaret qalığından təmizləyən 4 vasitə
  • Sağlamlıq

Bədəni siqaret qalığından təmizləyən 4 vasitə

rubinroot Sentyabr 9, 2023
nar-film

Orqanizmi tütün qalığı nikotinindən təmizləyən 3 super qida var.

RUBİN.AZ  Medicina.az-a istinadən xəbər verir ki, diyetoloq Mariya Kapralova intoksikantlarla – alkoqol, dərman, nikotinlə ən yaxşı mübarizə vasitələrini açıqlayıb.

“Bunlar nar, limon, zəncəfil və brokkolidir. Onlar qanın keyfiyyətini yaxşılaşdırır və ümumilikdə qan dövranını tənzimləyir. Alkoqol içənlər, siqaret çəkənlər, qaraciyəri dərmanla yüklənənlər, eləcə də bunları tərgidənlər orqanizmə dəstək üçün bu qidaları qəbul etməlidir.

Nar qanda eritrositlərin miqdarını artırır. Limon V vitamini ilə zəngindir. Zəncəfil siqaretə istəyi azaldır. Bütün kələm növləri bədəni təmizləyir, amma brokkoli ümumilikdə maddələr mübadiləsi proseslərini tənzimləyir.

Nikotin neyrotoksiki zəhərdir, neyron və sinir hüceyrələrinin ölümünə səbəb olur. Nikotindən asılılıq narkotik kimidir.

Bədənin nikotinlə zəhərlənməsinin əlamətləri:

– Ürəkbulanma, qusma;

– Qarında ağrı;

– Tərləmə;

– Ağızdan su axma;

– Qıcolmalar, huşun dumanlanması, əsəbilik;

– Baş ağrıları;

– İştahın artması;

– Daim tütün iyləmə, siqaret çəkmək istəyi.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Neft yenidən bahalaşdı
Next: Hindistanda G20 sammiti başladı

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.