Çərşənbə, 21 Oktyabr 2026 14:27:06 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
21 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycanda ailələrin sayı açıqlanıb21.10.2026 12:00 Bakının bu ərazilərində işıq olmayacaq21.10.2026 09:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Azərbaycanda ailələrin sayı açıqlanıb21.10.2026 12:00 Bakının bu ərazilərində işıq olmayacaq21.10.2026 09:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00
Gündəm

““Papa, məni evə apar” dedi, o an da keçindi” – 3 ay əvvəl gəlin köçmüşdü…

03.03.2019 22:37 · 2. 936 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Füzuli rayonu, Horadiz qəsəbəsində intihar etdiyi bildirilən Afət Şahverdiyevanın ailəsi onun qətlə yetirildiyini iddia edir.

“Rubin.az” xəbər verir ki,“Qafqazinfo”ya müraciət edən A.Şahverdiyevanın atası Valeh Şahverdiyev bildirib ki, fevralın 8-də qızının əri Ruvi Axundov ona zəng edərək Afətin halının pis olduğunu deyib: “Biz çatanda qızımı çöldə yerə uzatmışdılar, mən ona yaxınlaşıb başımı sinəsinə qoydum, Afət “papa, məni evə apar” dedi, o an da keçindi. Onun cənazasi yuyulduqdan sonra özüm kəfəni açdırıb şəkillərini çəkdirdim. Afətin burnunda, alnında zədə var idi, dizləri cızılmışdı, sanki kimsə onu sürüyüb. Əri Ruvi Afətin özünü hərbi telefonlarda olan şunurla asdığını dedi. Amma iz udlaqda yox, boğazın ortasında idi. Bunu rayon və “Semaşko”nun eksperti də təsdiqlədi. Onlar da bildirdilər ki, Afəti kimsə arxadan boğaraq öldürüb. Şunur iki dəfə boğazdan, bir dəfə də ağızın içindən keçirdi. Özünü öldürən adam isə ağzının içindən şunur salmaz.

Afət noyabrın 12-də evlənmişdi, fevralın 12-si evliliklərinin 3 ayı tamam olacaqdı. Qızım məktəbdə riyaziyyat müəlliməsi işləyirdi və hadisə günü də dərs deməyə getmişdi. Hərbçi olan leytenant Ruvi isə səhər saatlarında işdən evə gəlib və Afətə zəng edərək niyə dərsə getdiyini soruşub. Afət məktəbdən icazə alaraq evə gəlib.

Ruvi deyir ki, özü otaqda nəsə yazırmış və bir-iki nəfərlə telefonda danışıb. Mətbəxə keçəndə isə Afətin özünü asdığını görüb. Əri deyir ki, hadisədən əvvəl onlar deyib-gülüblər. Kefi yaxşı olan adam onda özünü niyə assın ki? Ruvinin Afəti öldürməsi barədə şübhələr olsa da, prokurorluq onu saxlamır. Hadisə günü Ruvi işdə olub, amma hərbi hissədən gəlib köhnə tarixlə ona məzuniyyət yazdılar”.

Mərhumun valideynləri tərəfindən ittiham olunan Ruvi Axundovla əlaqə saxlamağa cəhd etdik. Lakin mobil telefonuna zəng çatmadığı üçün mövqeyini öyrənə bilmədik.

Füzuli Rayon Prokurorluğundan “Qafqazinfo”ya bildirilib ki, iş tam obyektiv araşdırılır: “Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizası təyin olunub. Zəruri istintaq hərəkətləri davam etdirilir. Cinayət işinin istintaqının hərtərəfli, tam obyektiv aparılması üçün zəruri hərəkətlər davam etdirilir”.

V.Şahverdiyev bildirib ki, hələ meyitin müayinəsi ilə bağlı ekspertizanın rəyi açıqlanmayıb.



↑