Kimdən soruşsanız ki, istənilən tropik bitkilərdən hansı üstündür, fikirləşmədən deyəcək ki, kök. Bunun narıncı-qırmızı kök meyvəsi insanlara enerji, sağlamlıq, gümrahlıq və gözəllik bəxş edir. Əbəs yerə qədim Roma yazıçılan kökü tərəvəzlərin kralı adlandırırmışlar. Bizim zamanəmizdə kökdən hazırlanan şirə və salatlar xalqımızın qida rasionuna daxil edilmiş və onlann sağlamlığına xidmət göstərir. Kökün tərkibində A provitaminin miqdan başqa tərəvəz bitkilər ilə müqayisədə bir neçə dəfə çoxdur. Bu qəribə bitki ürəyin sağlam döyünməsində qan formalarını normallaşdırır, böyrək və qara ciyərin fəaliyyətini yaxşılaşdırır və stimullaşdırır. Bu orqanların yaxşı işləməsini, dərinin normal fəaliyyətini bərpa edir və onun elastiklik qabiliyyətinin ömrünü uzadır. Bundan başqa kökün tərkibindən kalium, kalsium, dəmir, fosfor, yod, mis, kobalt, Bb B2, B3, C, D, E, К, PP, folien turşusu həyat üçün ən vacib vitamin kompleksini özündə birləşdirən «sağlamlıq, eliksiri» rolunu oynayır. Qədim dövrlərdə kökdən çətin sağalan yaralann, kəsiklərin, şirəsi ilə sistitin, böyrəyin müalicəsində geniş istifadə edilib.
Bronxit zamanı; Təzə alınmış kök şirəsinin tərkibinə İ çay qaşığı bal qanşdınb gündə 4-5 dəfə 1 xörək qaşığı qəbul edin.
Böyrək xəstəliklərində; Kökü kiçik deşiyi olan süzgəcdən keçirib alınmış sıyıqdan üç xörək qaşığı götürüb 3 stəkan qaynar suya töküb, ağzını qapaqla örtün və bütün gecəni saxlayın. Sonra alınmış cövhəri bir neçə hissəyə ayınb bütün gün ərzində isti halda qəbul edin. Böyrəkdə olan daşların tökülməsində; 1 stəkan qaynar suya 1 xörək qaşığı kök toxumundan töküb 12 saat saxlayıb süzün, gündə 5-6 dəfə stəkanın 1/2 hissəsi qədər qəbul edin.
Yuxusuriuğa qarşı; Kökün yaşıl hissəsindən götürüb boynunuzun arxasına qoyub bağlayın.
Damarların genişlənməsində; Yatmazdan qabaq zədələnmiş nahiyəyə kökün yaşıl hissəsindən hazırlanan sıyıqdan yaxıb, bağlayın və səhərə qədər saxlayın. Müalicəni genişlənmiş damarlar yaxşılaşana qədər davam etdirin.
Prostat vəzinin müalicəsində; Hər gün axşamlar yatan zaman bitkinin yarpaq və .budaqlarından hazırlanmış sıyığından xəstə nahiyəyə kompres şəklində yaxın və bağlayıb yatın.
Babasil zamanı; Səhərlər kökün yaşıl hissəsindən götürüb qaynadılmış suya əlavə edib çay kimi dəmləyin və 3 litrlik şüşə balona töküb gün ərzində qəbul edin. Müalicə kursu 1 aydır, Dəmləməni soyuducuda saxlayın.
Diqqət! Təzə kök şirəsini mədə və onikibarmaq bağırsaq xəstəliklərində, eneritdə, kəskin şəkər diabetində qəbul etmək məsləhət görülmür. Çiy halda çətin həzm olunduğu üçün köpmə əmələ gətirir. Yaxşı olar ki, kökü, deşiyi xırda olan süzgəcdən keçirib ahnan sıyığına yağ və ya xama əlavə edib yeyin. Bu zaman kökün tərkibindəki karotinoid yağda yaxşı həll olur və orqanizm tərəfindən yaxşı qəbul edilir.
Saglamolun.az