Cümə axşamı, 15 Oktyabr 2026 10:19:28 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Sağlamlıq

Səhər acqarına içilən qəhvə və arıqlamaq: Doğru bilinən yanlış

17.08.2023 18:40 · 3 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Qəhvənin faydaları barədə dəfələrlə deyilib və yazılıb. Lakin onu düzgün istifadə etmədikdə əks effekt verir.

Bu barədə elm adamları xəbərdarlıq ediblər.

Belə ki, bir çoxları səhərlər ayılmaq, yaxud səbəbsiz yerə acqarına qəhvə içməyi vərdiş ediblər. Elələri də var ki, bunu arıqlamaq məqsədiylə edir.

Həkimlər acqarına qəhvə içməyin orqanizmdə ödem əmələ gətirdiyini bildiriblər. Onların sözlərinə görə, bu da öz növbəsində bir sıra xəstəliklərlə nəticələnir, həmçinin artıq çəkidən qurtulmağa deyil, kökəlməyə səbəb olur.

Buna görə, tibb işçiləri səhərlər qəhvə içməzdən əvvəl ən azı bir meyvə yeməyin  daha sağlam üsul olduğunu deyiblər.
Saglamolun.az

↑