Cümə axşamı, 15 Oktyabr 2026 13:19:56 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
İdman

“Neftçi” Toqo yığmasının yarımmüdafiəçisi ilə danışıqlara başlayıb

14.08.2023 20:31 · 2 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Neftçi”nin transfer siyahısında yer alan daha bir futbolçunun adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, transfer axtarışlarını davam etdirən Bakı klubu Samuel Asamoanın xidmətində maraqlıdır.

Toqo milli komandasının yarımmüdafiəçisi hazırda Krayova “Universitetya”sında forma geyinir. “Ağ-qaralar” Rumıniya klubu ilə danışıqlara başlayıb. Futbolçunun özü “Neftçi”də oynamaq istəyindədir.

29 yaşlı dayaq yarımmüdafiəçisi Krayova təmsilçisinə qədər “Eupen”, “Löven”, “Sent-Trüden”də çıxış edib. O, 2021-ci ildə indiki klubuna keçib.

Qeyd edək ki, Toqo yığmasında 2022-ci ildə debüt edən Samuel 7 matç keçirib.

↑