Son zamanların ən çox müzakirə olunan mövzularından biri kərə yağlarının istifadəsiylə bağlıdı. Bəziləri kərə yağını ziyanlı, bəziləri isə çox faydalı hesab edirlər. Əsas miflərdən biri kərə yağının daha kalorili olması iddiasıdı. Həmin iddiaya görə, kərə yağı piylənməyə kömək edir, qan damarlarını bağlayan və ürək-damar sisteminin xəstəliklərinə səbəb olan “pis xolesterol”la zəngindir. Bəs, həqiqət hardadır? Doğrudanmı, kərə yağından qida rasionumuzda istifadə fəsadlar yarada bilər?
HƏKİM TÖVSİYƏSİ
SƏHİYYƏ TV və ASAN RADİO-nun maarifləndirici birgə layihəsi “Sağlam olun” proqramında qonaq olan ürək-damar cərrahı Seymur Bayramov kərə yağının ziyanlı olmasıyla bağlı fikrilərin yanlış olduğunu deyir: “Kərə yağları sağlamlığında hansısa problemlər olmayan insanlarda heç bir xəstəlik yaratmır. Yalnız bir halda, analizlərdən sonra xolosterin mübadiləsi pozulması halı aşkar olunmuş pasiyentlərimizə kərə yağı tövsiyə etmirik”. Həkim heyvan yağlarının qida rasionumuzda yer almasının vacibliyini qeyd edir: “Xolsetrin mübadiləsi pozulmamış şəxslərə heyvan mənşəli yağlar zərər vermir. Təbii yetişdirilmiş təbii heyvanın yağları ən təmiz yağlardır və sağlamlığa heç bir ziyanı yoxdur”.
KƏRƏ YAĞININ FAYDALARI
- Kərə yağının tərkibindəki “zərərli” xolesterin də orqanizm üçün lazımdır. Bergen Universitetinin alimləri müəyyən ediblər ki, o, “yaxşı” səviyyəsini yüksəldir, yəni ürək-damar sistemini gücləndirməyə kömək edir. Bundan əlavə, yağda qan damarlarının elastikliyini və tonunu qoruyan doymamış yağlar da var.
- Kərə yağı dərinin, saçın və dırnaqların vəziyyətini yaxşılaşdırır. Kərə yağı A, B, C, D, E və K vitaminlərinin, həmçinin omeqa-3 və omeqa-6 yağ turşularının mənbəyidir. Üstəlik, bəzi vitaminlər (A, D və E) yağlarla daha yaxşı mənimsənilir. Bu maddələr qocalmanı ləngidir, ultrabənövşəyi radiasiyadan qoruyur, saçların böyüməsini stimullaşdırır, dırnaqları və sümükləri gücləndirir və bir çox başqa faydalı işləri yerinə yetirir. Yağın daimi istifadəsi ilə saçlar parlaq və güclü olacaq, dəri isə tonlanmış və parlaq olacaqdır.
- “Pis” xolesterinin özü faydalıdır. Hüceyrə membranlarının tərkib hissəsidir, sinir liflərini qoruyur və həzm prosesində iştirak edir. Bundan əlavə, kərə yağının tərkibində bağırsaqları infeksiyalardan qoruyan qlikosfinqolipidlər var. Və nəhayət, A vitamini müalicəvi təsirə malikdir, iltihabı aradan qaldırır, yəni mədə-bağırsaq problemlərinə kömək edir.
- D vitamininin yaxşı əhval-ruhiyyə, yaddaş, konsentrasiya, mərkəzi sinir sistemi və yuxu da daxil olmaqla bir sıra faydaları var. Omeqa-6 turşusu beyni stimullaşdırır, süd yağında olan triptofan isə serotonin istehsalını təşviq edir. Süd yağları beyin hüceyrələrinin yenilənməsində də iştirak edir, diqqəti artırır, bu səbəbdən yağ xüsusilə məktəblilər və zehni işlə məşğul olanlar üçün faydalıdır. Sərt iqlimi olan ölkələrin sakinləri üçün əla enerji mənbəyidir. O, həm də sizi isti saxlamağa kömək edir.
- Yağın tərkibində antifungal və antimikrobiyal xüsusiyyətlərə malik laurik turşusu var. Yağı müntəzəm olaraq istifadə etsəniz, bu cür infeksiyalara yoluxma ehtimalını azaldacaqsınız və ya mövcud xəstəliklərdən sağalmanı sürətləndirəcəksiniz.
Saglamolun.az