Avqustun 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,43% – 35,065.62 bəndədək, S&P 500 indeksi 0,53% – 4,478.03 bəndədək, Nasdaq indeksi isə 0,36% – 13,909.24 bəndədək azalıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında avqustun 4-də Fransanın CAC-40 indeksi 0,75% – 7,315.07 bəndədək, FTSE 100 indeksi 0,47% – 7,564.37 bəndədək, Almaniyanın DAX indeksi isə 0,37% – 15,951.86 bəndədək artıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,52% artaraq 1,1006 dollar təşkil edib.